AZ

Bayram namazından sonra Ərdoğandan Netanyahu mesajı

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çamlıca Məscidi-ndə Qurban bayramı namazını qıldıqdan sonra jurnalistlərə açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, bayramlar sevgi, hörmət, birlik və həmrəylik günləridir və Qurban bayramı da bu mənəvi dəyərlərin ən önəmli simvollarından biridir.

Prezident çıxışında Qurban bayramının təslimiyyət və fədakarlıq bayramı olduğunu vurğulayaraq ata ilə oğul arasındakı bağlılıq və itaətin bu bayramda öz əksini tapdığını deyib.

O, həmçinin Həcc ziyarətinə toxunaraq bütün müsəlmanların Ərəfatda bir araya gəlməsinin birlik və həmrəylik nümunəsi olduğunu qeyd edib. Ərdoğan Allahdan Həcc ziyarətinə gedənlərin ibadətlərinin qəbul olunmasını və həmin birlik ruhunun bütün İslam dünyasına yayılmasını diləyib.

Daha sonra Ərdoğan əlavə edib: "Qəzzada baş verənlər bu bayramda bizə xüsusi bir mövqe verir. İnanıram ki, zalım Netanyahu da dünya müsəlmanlarından lazımi dərsi alacaq".

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
icma.az

2Mənbələr