AZ

Neftin qiyməti bu gün belə DƏYİŞDİ

Çərşənbə günü səhər neftin qiyməti düşdü. 

İyul ayı üçün Brent neftinin fyuçersləri Londonun ICE Futures birjasında 1,52 dollar (1,53%) azalaraq barel üçün 98,06 dollara çatdı. Çərşənbə axşamı Brent neftinin 3,44 dollar (3,6%) artaraq barel üçün 99,58 dollara çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə iyul ayı üçün WTI neftinin fyuçersləri 1,89 dollar (2,01%) azalaraq barel üçün 92 dollara çatdı. Bir gün əvvəl müqavilə 2,71 dollar (2,8%) azalaraq barel üçün 93,89 dollara çatıb. 

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr