Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrail ordusunun Livan ərazisinə təşkil etdiyi son hava hücumları nəticəsində onlarla dinc sakin həyatını itirib və yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Livan Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, bombardmanlar nəticəsində 31 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkənin cənubundakı Burj əl-Şamali yaşayış məntəqəsinə edilən hücum zamanı üçü uşaq olmaqla, 14 nəfər dünyasını dəyişib. Bundan əlavə, mayın 27-si səhər saatlarında İsrail hərbi aviasiyasının Suri bölgəsinə endirdiyi zərbələr daha iki nəfərin ölümünə səbəb olub.
Yaranmış gərgin fonunda İsrail ordusu Livanın cənubunda yerləşən onlarla yaşayış məntəqəsinin sakinlərini təcili şəkildə evlərini təxliyə etməyə çağırıb.
Öz növbəsində, radikal "Hizbullah" hərəkatı mayın 27-də Livanın cənub hissəsində İsrail silahlı qüvvələrinə məxsus üç tanka və iki hərbi nəqliyyat vasitəsinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə cavab hücumları təşkil etdiyini bəyan edib.
Livan Səhiyyə Nazirliyinin statistikasına əsasən, "Hizbullah"ın İsrailə hücumları səbəbindən ölkənin Yaxın Şərq müharibəsinə cəlb edildiyi cari ilin 2 mart tarixindən bəri, İsrail ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Livanda ölənlərin ümumi sayı 3213-ə, yaralıların sayı isə 9737-yə çatıb.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.