ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən qayığın vurulduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) sosial media hesabında yayılan görüntülərdə narkotik daşındığı iddia olunan qayığa qarşı əməliyyat anları yer alıb.
Paylaşımda bildirilib ki, SOUTHCOM komandanı general Frensis L. Donovanın göstərişi ilə “terror təşkilatları tərəfindən istifadə edilən qayığa” zərbə endirilib.
Kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı fəaliyyətlərində istifadə edildiyini təsdiqləyib. Hücum nəticəsində 1 nəfərin öldüyü bildirilib.
Hadisədən sonra 2 nəfərin itkin düşdüyü, sağ qalanların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanıldığı qeyd edilib.
ABŞ tərəfi əməliyyat zamanı öz hərbçiləri arasında xəsarət alan olmadığını açıqlayıb.
Son dövrlərdə ABŞ ordusunun Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ittihamı ilə bəzi qayıqlara hücum etməsi və içəridəkiləri birbaşa hədəf alması beynəlxalq ictimaiyyətdə “məhkəməsiz edam” mübahisələrinə səbəb olur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.