Adı ''Real'' ilə yanaşı hallanan Joze Mourinyo son günlər Avropa futbolunda bəlkə də ən çox müzakirə olunan şəxsə çevrilib.
Maraqlıdı ki, ünlü portuqaliyalı mütəxəssisin son təyinatları yalnız prezident seçimləri ilə bağlıdı. 2024-də ''Fənərbaxça''da prezident seçkilərindən öncə Mourinyo həm Əziz Yıldırım, həm də Əli Koç ilə anlaşmışdı. Koç seçkilərdə qalib gəldikdən sonra məhz onu baş məşqçi vəzifəsinə gətirdi.
2025-in avqustunda Türkiyədən ayrılan Joze çox keçmədən ''Benfika''nın başına keçdi. Burda da onun nüfuzundan Rui Koşta yararlandı. Mövcud prezident olan Koşta sentyabrda Mourinyonu gətirməklə noyabrdakı seçkilər ərəfəsində mövqeyini gücləndirdi və sonra da qalib gəldi. İndi də Mourinyonun Florentino Peres ilə ''2+1'' illik anlaşdığı deyilir. La Liqa çempionluğu qazanılsa, şərti birillik müqavilə qüvvəyə minəcək.
Ünlü mütəxəssis transfer hədəflərini də müəyyənləşdirib. O, mərkəz və sağ müdafiəçi, eləcə də bir dayaq, bir hücumameyilli olmaqla iki mərkəz yarımmüdafiəçisi tələb edib. Hərçənd almaq istədiyi oyunçuların adlarını rəhbərliyə təqdim etməyib. Ancaq ''Real''da qarşıdan çox mühüm seçkilər gəlir. Mourinyonun taleyi məhz bu seçkilərdən asılıdı.
''As'' nəşrinin yazdığına inansaq, tərəflər arasında rəsmi müqavilə yalnız seçkilərdən sonra imzalanacaq. Peres qalib gəlməsə, Mourinyonun təyinatı baş tutmayacaq! Çünki Peresin 37 yaşlı rəqibi Enrike Rikelme bu məşqçi ilə çalışmaq niyyətində deyil.
Daha bir maraqlı xəbər ondan ibarətdi ki, Mourinyo ''Benfika''da qalmaq istəmir. O indidən B variantını da ağlından keçirir. Peres başqan seçilməsə, Mourinyo digər təkliflərdən birini dəyərləndirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta