ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Yayda balıq tez xarab olduğu üçün düzgün saxlama qaydalarına ciddi əməl etmək vacibdir.Əsas prinsiplər bunlardır:Bizim.Media balıq saxlamağın vacib qaydalarını təqddim edir:Təzə balıq aldıqdan sonra mümkün qədər tez soyuducuya qoyulmalıdır. Əgər dərhal bişirilməyəcəksə, balıq təmizlənib yuyulduqdan sonra hava keçirməyən qabda və ya paketdə saxlanmalıdır.
Soyuducuda temperatur 0–4°C aralığında olmalıdır. Bu şəraitdə təzə balıq adətən 1 gündən çox saxlanmamalıdır. Daha uzun saxlamaq üçün dondurucuya qoymaq lazımdır. Dondurucuda balıq -18°C-də saxlanarsa, bir neçə ay keyfiyyətini qoruyur. Amma ən yaxşı dad və qida dəyəri üçün 1–2 ay ərzində istifadə edilməsi məsləhətdir.
Balıq heç vaxt otaq temperaturunda uzun müddət qalmalı deyil. Xüsusilə yayda 1–2 saatdan çox kənarda qalması bakteriya çoxalmasına səbəb ola bilər.Bişmiş balıq da soyuducuda saxlanmalıdır və 1–2 gün ərzində yeyilməlidir.Əgər balıqdan xoşagəlməz qoxu gəlirsə, rəngi dəyişibsə və ya yapışqanlaşıbsa, onu istifadə etmək olmaz.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.