AZ

Azərbaycanda tikinti materialı istehsalının ümumi dəyəri 9%-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi dəyəri 443,7 manat olan tikinti materialları istehsal edilib.

Bu barədə "Far.Az"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 % çoxdur.

O cümlədən, son 1 ildə ölkədə əhəng istehsalı 48,1 %, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 39,5 % artıb.

Seçilən
4
2
far.az

3Mənbələr