ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şuşa Dövlət Musiqili Dram Teatrında “Əbədi Tədbirlər Birliyi” layihəsinin və Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin birgə təşkilatçılığı ilə 7 şəhidin xatirəsinə həsr edilmiş “7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olunub.
Kulis.az xəbər verir ki, tamaşanın səhnə danışığı üzrə rəhbəri Vəsilə Əhmədovadır.
Səhnə əsərində Birinci Qarabağ müharibəsi şəhidləri, Milli Qəhrəman Rövşən Nəriman oğlu Əliyev, Aydın Mahmud oğlu Manerov, 44 günlük Vətən müharibəsi şəhidləri Rüfət Qabil oğlu Əsgərov, Rüfət Mürvət oğlu Əsgərov, Tofiq Dadaş oğlu Kərimov, Vüsal Cəsarət oğlu Muradov və lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis serjantı Rasim Oktay oğlu Məmmədovun cənnətdə görüşü bədii formada təqdim olunub.
Tamaşada Vətən sevgisi, şəhidlərin ölməz ruhu, qəhrəmanlıq və xalqın milli birliyi əsas xətt kimi tamaşaçılara çatdırılıb.
Çıxış edən qonaqlar tamaşada şəhidlərin əziz xatirəsinin yad olunması, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin təbliğini xüsusi vurğulayaraq, yaradıcı heyətə uğurlar arzulayıblar.
Sonda Tunar Şimşək və Tünzalə Əsədova şəhidlərə həsr olunan mahnılar ifa ediblər.
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?
“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi
Yolda adam - Əlabbas Bağırovun hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.