AZ

Azərbaycana paraplanla külli miqdarda narkotik gətirdilər - VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kq narkotik vasitə gətirən şəxslər saxlanılıblar.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb.

Ötürülən lokasiyası vasitəsilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
24
24
bakivaxti.az

10Mənbələr