AZ

Miqrantların deportasiyası üçün mərkəzlər yaradılacaq

Niderland bir neçə Avropa İttifaqı ölkəsinin dəstəyi ilə Avropadan kənarda miqrantların deportasiyası üçün ilk mərkəzləri yaratmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Niderland hökumətinin parlamentə göndərdiyi məktuba istinadən “Politico” yayıb. 

Bildirilib ki, Niderland artıq yaxın altı ay ərzində bu planını həyata keçirmək niyyətindədir. 

Bu mərkəzlərdə Avropa İttifaqı ölkələrində sığınacaq almaqdan imtina edilən, lakin hansısa səbəblərə görə mənşə ölkəsinə geri qayıda bilməyən və ya tranzit ölkəsində qala bilməyən şəxslərin saxlanılması nəzərdə tutulur.

Məlumata görə, bu təşəbbüs həmçinin qaçqın statusu almaq üçün müraciətlərin Aİ hüdudlarından kənarda nəzərdən keçirilməsini də əhatə edir.

Aİ-dən kənarda yaradılacaq ilk belə mərkəzlərdən yalnız Niderland deyil, həmçinin Yunanıstan, Almaniya, Avstriya və Danimarkanın da istifadə edəcəyi gözlənilir. Bu mərkəzlərin dəqiq olaraq harada açılacağı isə hələ qeyd olunmayıb və hazırda bir neçə ölkə ilə müvafiq danışıqlar aparılır.

Qeyd edək ki, hazırda sığınacaq ala bilməmiş miqrantların üçüncü ölkələrə göndərilməsi təcrübəsindən ABŞ istifadə edir. ABŞ-nin Kosta-Rika, Ruanda, Uqanda və bir sıra digər dövlətlərlə müvafiq sazişləri var.

Seçilən
23
1
bakivaxti.az

2Mənbələr