Moskva məhkəməsi müflis elan edilmiş və fırıldaqçılıqda ittiham olunan VTB bankının keçmiş vitse-prezidenti və keçmiş senator Aleksandr Ter-Avanesova silahlarını Rusiya Milli Qvardiyasına təhvil verməyi əmr edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” araşdırdığı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Söhbət Cənubi Afrikada istehsal olunmuş “Protecta” ov tüfəngindən, İZH-18MN və “Saiga-MZ” ov karabinlərindən gedir.
Mart ayında birinci instansiya məhkəməsi Ter-Avanesova silahlarını Moskvadakı “Rosqvardiya” bölməsinə təhvil verməyi əmr etdi. Eyni qərarla məhkəmə borcludan özü, ailəsi və əmlakı haqqında sənədlər və məlumatlar təqdim etməyi də tələb edib.
Ter-Avanesov qərardan apelyasiya şikayəti verib, lakin apelyasiya məhkəməsi 26 mayda onun apelyasiya şikayətini rədd edib.