Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Şamaxı”dan ayrılan Rüfət Abbasovun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.Bizim.Media xəbər verir ki, U-21 millimizin müdafiəçisi “ağ-qaralar”la müqavilənin bütün detallarını razılaşdırıb. 21 yaşlı sol cinah oyunçusu paytaxt təmsilçisi ilə 3 illik sözləşməyə qol çəkəcək.Abbasovun “Neftçi”dəki məvacibi də artıq məlumdur. Futbolçunun illik maaşı 250 min manat təşkil edəcək.Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rüfət 2024-cü ildə bu klubdan “Şamaxı”ya keçib.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.