ain.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 27 may, AZƏRTAC
Gəncədə Qurban bayramı münasibətilə bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüzlərlə şəhər sakininin qatıldığı ibadətdə dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Həmçinin şəhərin “Kəpəz Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M. Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş heyvanların kəsimi həyata keçirilib.
Qurbanlar sanitar-gigiyenik tələblər gözlənilməklə və İslam qaydalarına uyğun şəkildə kəsilib
Müxbir - Elcan Məmmədov






Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.