AZ

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

sİTAT.İNFO xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann videomüraciət edib. Səfir qeyd edib ki, Qurban bayramı düşüncə, birlik və qarşılıqlı qayğının ön plana çıxdığı xüsusi bir zamandır:

“Bakıdakı Almaniya səfirliyinin bütün əməkdaşları adından sizi Qurban bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə şəfqətin, xeyirxahlığın və paylaşmağın nə qədər vacib olduğunu xatırladır. Müharibə, zorakılığın hökm sürdüyü bu mürəkkəb dövrdə məhz bu dəyərlərə sadiq qalmaq, insanlar arasında körpülər qurmaq və bir-birimizə qarşı anlayış və mərhəməti qorumaq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Sizə və ailələrinizə sevinc, sağlamlıq və əmin-amanlıq dolu bir Qurban bayramı arzulayıram. Qurban bayramınız mübarək”.

Seçilən
25
3
sitat.info

4Mənbələr