ain.az bildirir, Olke.az portalına istinadən.
"2 yaşına qədər olan uşaqlara yayda D vitamini vermək olar".
Ölkə.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, vitaminin keyfiyyəti onun qiymətindən asılı deyil.
"2 yaşdan yuxarı xüsusi şikayəti olmadan D vitamini yoxlatdırmıram və təyin etmirəm.
D vitamininin yağda və ya spirt məhlulu olmasının fərqi yoxdur. Hər iki forma ağzı bağlı saxlanılmalıdır.
Yay günlərində D vitamini qazanmaq üçün ilk günlərdən qaralmamaq lazımdır.
D vitamini analizi və D vitamini təhlili çox geniş yayılıb. Xüsusi xəstəlil halı və ya sağlamlıq problemi yoxdursa, heç birinə ehtiyac yoxdur.
D vitamini uşağın ilk həftəsindən verilə bilər.
Ana özü D vitamini qəbul edərsə, körpəyə də verilərsə, bu, artıq doza yaratmaz. Çünki bu vitamin ana südü ilə çox az səviyyədə keçir.
Çox tərləmə çox vaxt D vitamini azlığı ilə bağlı deyil".
Həkimin sözlərinə görə, D vitamini azlığı kalsium azlığına gətirib çıxarır:
"Bir çox problemlərin səbəbi isə kalsium azlığı olur. Ona görə kalsiumla zəngin qidaları qəbul etmək vacibdir.
Qida rasionunda kalsium səviyyəsini boş buraxıb D vitamini dozasını artırmaq mənasızdır.
İki yaşa kimi raxit inkişaf etməsin deyə D vitamini təyin olunur, amma elə körpələr də var ki, D vitamini almasa da, sağlam böyüyür.
Ananın hamiləlik zamanı günəşlənməsi, D vitamini qəbulu və süd vermə dövründə kalsium və s. minerallarla zəngin qidalanması uşağa birbaşa təsir edir.
Qışda D vitamini səviyyəsinin aşağı olması normaldır.
Qışda bu vitamini qaldırmağa çalışmaq istixanada pomidor yetişdirmək kimidir.
Yay günlərində günəş şüalarından yararlanın və SPF kremlər istifadə etməyin", - deyə o əlavə edib.
Billurə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.