Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.