AZ

Göyçayda ağır yol qəzası olub, ölən var

GÖYÇAY, 27 may. TELEQRAF

Göyçayda ağır yol qəzası olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində baş verib.

“Opel”, “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan da var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
5
28
teleqraf.com

10Mənbələr