AZ

"Turan Tovuz" Hurtado ilə müqavilə yenilədi

"Turan Tovuz" futbolçusu Hayderson Hurtado ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında bu barədə paylaşım edib. 

30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2025-ci ildən qərb təmsilçisində çıxış edən Hurtado geridə qalan mövsümdə Misli Premyer Liqasında 32 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
37
1
fanat.az

2Mənbələr