AZ

Bayram günü kabab bişirmək istədilər, xəstəxanalıq oldular

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb, kabab bişirmək istəyən ailə üzvləri küləkli havada benzini manqala tökərək, od vurublar. Nəticədə benzin partlayışa səbəb olub. Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
19
buta.tv

10Mənbələr