AZ

İran yeni planını açıqladı: Bu dəfə fərqli olacaq

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

İran Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı yeni mexanizm üzərində Omanla danışıqlar aparır.

Ölkə.az  bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri Moskvada keçirilən 14-cü Beynəlxalq Yüksək Səviyyəli Təhlükəsizlik Məmurları Konfransında çərçivəsində  mətbuata açıqlamasında deyib.

Baqiri ABŞ ilə Hörmüz boğazı ilə bağlı hələlik heç bir razılaşma əldə olunmadığını  vurğulyaraq deyib: "Qonşu sahil ölkələri İran və Oman Hörmüz boğazından keçid üçün yeni bir mexanizm yaratmaq üçün danışıqlar aparırlar. Hörmüz boğazından keçid üçün şərtlər və qaydalar İrana qarşı müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə fərqli olacaq" .

Bakiri ABŞ ilə dolayı danışıqların davam etdiyini və İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyinin danışıqların gündəliyində olmadığını bildirib. O əlavə edib ki, bütün məsələlərdə razılığa gələnə qədər heç bir məsələdə razılığa gəlmədiyimizə inanırıq.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
olke.az

5Mənbələr