Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avstraliyalı aktyor, "Qladitator" filminin ulduzu Rassel Krou avtoqraf verdiyi zaman pərəstişkarları ilə kobud rəftarı ilə diqqət çəkib.
Kulis.az xəbər verir ki, Parisdə baş verən bu insident barədə nüfuzlu "Variety" nəşri məlumat yayıb.
Məlumata görə, sənətçi otelin qarşısında ondan avtoqraf istəyən pərəstişkarlara müraciət edərək sərt şəkildə xəbərdarlıq edib:
"Yerinizdə qalın, məni sıxışdırmayın, özüm sizə yaxınlaşacağam. Bir-birinizə yer verin. Kim özünü axmaq kimi aparmağa başlasa, çıxıb gedəcəyəm. Aydındır?"
Sosial şəbəkələrdə yayılan həmin görüşün videogörüntülərində aktyorun bu kəskin xəbərdarlıqdan sonra, doğrudan da, heç nə olmamış kimi ona uzadılan vərəqləri sakitcə imzaladığı görünür.
Krou onun bu cür izdihamlı vəziyyətləri idarə edə bilmədiyini iddia edən bulvar qəzetlərindən birinin paylaşımına yazdığı şərhdə özünə belə bəraət qazandırıb:
"Hər kəs öz avtoqrafını və selfisini aldı, otelin girişi qonaqlar üçün açıq qaldı və mən yenə də hava limanına vaxtında çatdım. Özü də təkbaşına, heç bir mühafizəçi olmadan".
Qiyamət ssenarisi reallaşır?
Yaxşı şeir şimşək çaxması ilə işıqlanan mənzərə kimi olmalıdır... - Fransız yazıçıdan sitatlar
Müasir ədəbi mühitdə mənfi çalarlar və onların aradan qaldırılması imkanları - Mikayıl Bozal
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.