AZ

“Real” pula pul demir: Tarixi rekord qırılacaq?

“Real Madrid” tarixdə illik gəliri 1,2 milyard avronu keçən ilk futbol klubu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Kuboksuz mövsümə baxmayaraq, Madrid nəhəngi açıq-aydın maliyyə lideri olaraq qalır. Klub əvvəllər “Deloitte”nin qlobal futbol klublarının gəlir reytinqində ardıcıl üç dəfə birinci yerdə olub.

Keçən mövsüm “Real” rekord həddə – 1,161 milyard avro qazandı və indi bütün zamanların yeni rekorduna çatacağı gözlənilir. Kommersiya gəlirləri artımın əsas hərəkətverici qüvvəsi olub.

Mənbənin məlumatına görə, klub yalnız marketinq, mal satışı və sponsorluq müqavilələrindən 594 milyon avro qazanıb ki, bu da əvvəlki rəqəmlərlə müqayisədə 23% artım deməkdir.

Seçilən
22
50
publika.az

10Mənbələr