Goyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü Salahov Hüseyn və 2016-cı il təvəllüdlü L. Feyzullayeva ölüblər.
1968-ci il təvəllüdlü Əmrahov İmran, 1964-cü IL təvəllüdlü Əmirova Mehriban, 1998-ci il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı uşaq (qız) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
15.22
Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.
Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.