AZ

Cahangir Əsgərov "Premium Bank"dakı payını artırdı

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov Premium Bank ASC-dəki payını 84,47%-dən 86,25%-ə çatdırıb.

Publika.az Report-a istinadla xəbər verir ki, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9% artırılaraq 154,6 milyon manatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib.

Son nəticədə digər səhmdarlar - VIP Aviation Services MMC-nin payı 15,22%-dən 13,47%-ə, Elvira Əhmədovanın payı isə 0,31%-dən 0,28%-ə düşüb.

Seçilən
63
20
publika.az

10Mənbələr