AZ

Netanyahunun görüşləri gecəyədək davam etdi: Məhkəmə qərar verdi

İsrail Baş naziri Benyamin Netanyahunun vəkili Amit Hadad bu gün keçirilməsi planlaşdırılan korrupsiya işi üzrə məhkəmə iclasının ləğvi üçün məhkəməyə müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, "The Times of Israel" nəşrinin yaydığı məlumata görə, Netanyahunun gecə saatlarınadək təhlükəsizlik toplantıları keçirməsi və səhər saatlarında da yeni görüşlərinin planlaşdırılması əsas gətirilərək edilən müraciət əsasında məhkəmə əvvəlcə qismən təxirəsalma qərarı verib.

Daha sonra Hadad Netanyahunun gündəlik proqramı ilə bağlı məhkəməyə əlavə məlumat təqdim edib. Bunun ardından məhkəmə bugünkü iclasın tamamilə ləğv olunmasını qəbul edib.

Son günlər Netanyahunun təhlükəsizlik və diplomatik görüşlər səbəbilə bəzi məhkəmə proseslərinin ya erkən başa çatdırıldığı, ya da təxirə salındığı qeyd olunur.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr