AZ

“Məni heç kim əvəz edə bilmir” Çingiz Əhmədov

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə diqqət çəkib.

Bakupost.az xəbər verir ki, aktyor “Günə bax” proqramında onu heç kimin əvəz edə bilməyəcəyini deyib:

“Heç kimin yerini kimsə verə bilməz. Hacıbaba Bağırov bir dəfə dedi ki, rollarımı oynayan aktyor Çingizdir. Amma indi mən baxıram teatra, görürəm yox. Mənim rollarımı oynayacaq adam yoxdur. Bir dəfə xəstələndim, dedim məni başqası əvəz etsin. Cavab verdilər ki, kim? Yoxdur.

Bir ara həmin teatrdan küsmüşdüm. 42 ildir teatrdayam. 1972-ci ildən televiziyadayam. Uşaq verilişləri apardım. Barmaqla sayılacaq aktyorlarımız var idi, itirdik onları. Hər aktyoru əvəz edən yoxdur”.(Axşam.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
12
www.bakupost.az

10Mənbələr