AZ

Putin Qazaxıstana 3 günlük səfər edib

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfəri edib.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya liderinin təyyarəsi Astananın hava limanına enib.
 

Nəşrin məlumatında qeyd olunub ki, sövlət səfəri üç gün davam edəcək. Proqramda Putinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə qeyri-rəsmi naharı, həmçinin yüksək səviyyəli Rusiya-Qazaxıstan danışıqları və digər tədbirlər nəzərdə tutulub.


Bundan əlavə, dövlət başçısı Avrasiya İqtisadi İttifaqının himayəsi altında keçirilən görüşlərdə iştirak edəcək.

Birliyin liderlərinin Ermənistanın Avropa İttifaqına daxil olmaq planlarını da müzakirə edəcəyi gözlənilir.

Bizim.Media

Seçilən
37
1
bizim.media

2Mənbələr