AZ

“Yüz il yaddaşlarda qalacaq bir yol oldu” Yankoviç

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi instaqramda mövsümün yekunu ilə bağlı bunları yazıb:

“Daha bir futbol mövsümü başa çatdı. Bir il davam edən, amma yüz il yaddaşlarda qalacaq bir yol oldu. Bunun bir hissəsi olan hər kəsə, mənə inanılmaz anları yaşamaq üçün təkcə futbolda deyil, həm də həyatda dəyərli olan vacib dərslər öyrənmək imkanı verən hamıya minnətdaram. Bu, əyləncəli, çətin və həqiqətən də maarifləndirici idi. İndi isə milli komanda vaxtıdır”.

Yankoviç başa çatan mövsümdə 44 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
futbolpress.az

1Mənbələr