AZ

“Neftçi”nin yeni transferi kimdir?

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu son ünvanı Kipr “Apollon”u olan Sessi D Almeydanı transfer edib. Onunla müqavilə 2+1 il şərti ilə imzalanıb.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Sessi karyerasına Fransanın “Bordo” klubunda başlayıb. 2013-cü ildə U-19 komandasından B komandasına yüksələn yarımmüdafiəçi 2 il burda top qovduqdan sonra “Paris”ə keçib.

Paytaxtı təmsil edən klubda bir mövsüm keçirən Sessinin növbəti ünvanı isə İngiltərə olan 2016-2019-cu illərdə müvafiq olaraq “Barnsli”, “Blekpul” və “Yovil”də çıxış edən yarımmüdafiəçi yenidən Fransaya dönüb. Karyerasının ən yaxşı dönəmi olan 2019-2022-ci illər olan Almeyda transfer dəyərini 3 ilə 1 milyondan çox artırıb. 2019-cu ildə “Valensiyen”ə keçən zaman 100 min avro qiyməti olan yarımmüdafiəçi 2022-ci ildə 1,2 milyon avroya qədər dəyər artırıb. Daha sonra Portuqaliyada “Tondela”ya icarəyə verilən Sessi həmin vaxtdan eniş yaşamağa başlayıb. “Tondela”dan icarədən qayıdan futbolçu bu dəfə “Pau” klubuna satılıb. Burda isə 2 il oynayan Sessi Kiprə üz tutub və “Apollon”a keçib.

Sessi başa çatan mövsümdə 21 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiədə və müdafiənin mərkəzində oynamağı bacaran Sessi güclü fizikisi ilə seçilir.

2015-ci ildə Benin yığmasında debüt edən Almeyda millidə mütəmadi şans qazanan oyunçulardandır.

Sessi klub karyerasında ölkə çempionatlarında 272 oyuna çıxıb. Aktivində 4 qol, 2 məhsuldar ötürmə olan yarımmüdafiəçi 70 dəfə sarı, 4 dəfə də qırmızı vərəqə alıb. Ən çox oyunu Fransa Liqa 2-də keçirən Sessi burda qol vura bilməyib – 123 oyun, 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
futbolpress.az

1Mənbələr