AZ

Arıqlamaq istəyənlər diqqət! — Bu səhvlər çəkini artırır

“Hər bir insanın qidalanma rejimi onun yaşına, fiziki aktivliyinə, eləcə də mövsümə, gündəlik nə qədər oturaq həyat tərzi keçirməsindən asılı olaraq dəyişir”.

Demokrat.az
xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. Onun sözlərinə görə, uyğunsuz qida qəbulu mədədə ciddi problemlərə səbəb ola bilir:

“Hər qidanın özünəməxsus həzm olunma müddəti var. Xüsusilə insanlar qidaların həzm müddətindən xəbərsiz olduqları və yaxud bir-biri ilə uyğun gəlməyən qidaları qəbul etdikləri üçün qida keyfiyyətli olsa belə, qarında şişkinlik, köp, narahatlıq, mədədə qıcıqlanma və turşuluq hissi yaranır. pizza hut

Nəzərə almaq lazımdır ki, meyvələr mədəyə qəbul edildikdən təxminən 20-40 dəqiqə sonra həzm olunur. Bu səbəbdən meyvəni yeməkdən öncə və ya sonra yedikdə 30-40 dəqiqə gözləmək lazımdır. Lakin ətli yeməklərlə portağal, limon kimi meyvələri birlikdə istifadə etmək olar. Eyni zamanda karbohidrat tərkibli qidalar var ki, onların növünə görə həzm müddəti 1 saat yarımdan 2 saat yarıma qədər dəyişir. Ancaq yağlı, ağır kalorili, ətli yeməklər isə mədədə 4 saatdan 6 saata qədər həzm olunur”.

“Bəzi qidalar var ki, birlikdə istifadə zamanı fərdi xüsusiyyət daşıyır. Bir çox insanların maddələr mübadiləsi sürətli, həzm sistemi isə daha rahat ola bilər. Onlar həmin qidaları birlikdə qəbul etsələr də, ciddi fəsad yaranmır. Lakin mədə-bağırsaq problemləri olan insanlar diqqətli olmalıdır. Xüsusilə ağır kalorili qidalarla qazlı və şəkərli içkilərin qəbulu yol verilməzdir. Südlə birlikdə sitrus meyvələrinin, balıqla birlikdə qatıq və digər süd məhsullarının qəbulu həzm prosesini poza bilər. El arasında yemişlə balın qəbulunu düzgün hesab edirlər, lakin bu, yol verilməzdir. Bu iki qida birlikdə qəbul edildiyi zaman ciddi fəsadlara, hətta zəhərlənməyə səbəb ola bilər”.


Mütəxəssis daha sonra sözlərinə əlavə olaraq qeyd edib ki, düzgün qida vərdişinin olması artıq çəkinin də qarşını almağa kömək edir:

“İnsan özünün fərdi həssaslığını və allergiyasını bilməlidir. Əks halda bəzi qidalar, məsələn göbələk və dəniz məhsulları bəzi insanlarda zəhərlənməyə səbəb ola bilər. Digər bir məsələ isə ət yeməklərindən dərhal sonra çay və ya kofe qəbul edilməsidir. Bu zaman dəmirin orqanizm tərəfindən mənimsənilməsi azalır. Bu səbəbdən yeməkdən dərhal sonra qeyd olunan içkilərdən uzaq durulmalıdır”.

“Geniş yayılmış qida vərdişləri hər zaman düzgün hesab olunmur. Xüsusilə məclislərdə yeməkdən sonra desert qəbul edilməsi həzm sistemini çətinləşdirir. Yüksək kalorili qidalarla birlikdə spirtli, qazlı və şəkərli içkilərin qəbulu yeməyin həzm prosesini pozur. Səhər yeməyində birbaşa şirniyyat qəbul etmək yanlış qida vərdişləri sırasındadır. Yaxşı olar ki, səhərlər daha çox zülal tərkibli qidalara, xüsusilə yumurta və digər süd məhsullarına — pendir, yağ, kəsmik və xamaya üstünlük verilsin. Qeyd edim ki, bu cür qida vərdişi artıq çəkinin qarşısını almağa da kömək edir”. 

“Bəzən insanlarda südə qarşı həssaslıq olur, xüsusilə südün tərkibində olan laktozaya qarşı. Bu səbəbdən həmin insanlar süd tərkibli qidaların qəbulunda diqqətli olmalıdırlar. Ümumiyyətlə, statistika göstərir ki, dünya əhalisinin demək olar ki, 65 faizində laktoza həssaslığı var. Ona görə də bu məqamda diqqətli olmaq lazımdır.

M.Hüseynova son olaraq bildirib ki, gümrah, sağlam olmaq üçün vitaminli qidalara üstünlük verilməlidir:

Seçilən
0
3
demokrat.az

4Mənbələr