AZ

Tramp: İran razılığa gəlməyi çox istəyir

Vaşinqton, 27 may, AZƏRTAC

“İran razılığa gəlməyi çox istəyir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp kabinetin iclasında deyib.

“Onlar indiyə qədər buna nail olmayıblar. Bu, bizi razı salmasa da hər şey istədiyimiz kimi olacaq, ya razılığa gələcəyik, ya da işi bitirməli olacağıq. Onlar son nəfəsləri ilə danışıqlar aparırlar, amma görəcəyik nə olacaq”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
58
7
azertag.az

8Mənbələr