AZ

Zelenski Əliyevi təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir.

Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.

Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata

keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə sadiqlik bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin əsası olaraq qalacaq.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur. Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da artacaq. İnanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı dövlətlərimizin və xalqlarımızın maraqları naminə bundan sonra da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Seçilən
17
33
anews.az

10Mənbələr