AZ

Qalatasaray ilə TFF arasında soyuq savaş davam edir

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə çempionatında çempionluqları sıralamasına baxmayaraq ''Qalatasaray'' ilə Türkiyə Futbol Federasiyası arasında soyuq savaş davam edir. İstanbul nəhənginin çempionluğa həsr olunmuş tədbirində federasiyadan heç bir yönəticinin olmaması diqqət çəkmişdi. Ən maraqlı məqam isə federasiyanın çempionluq kubokunu ''Qalatasaray'' cəbhəsinə faktiki olaraq kuryer vasitəsilə çatdırması idi. İndi də Türkiyə mətbuatının yazdığına inansaq, ''Qalatasaray'' belə desək, cavab atəşi açmaq qərarına gəlib. Belə ki, iyunun 7-də federasiyadan baş tutacaq illik maliyyə toplantısında ''Qalatasaray''dan heç bir yönətici iştirak etməyəcək! Bu, tarixdə ilk dəfə baş verəcək. Bu soyuq savaşın nə vaxta qədər davam edəcəyi maraq doğurur. Aprelin sonlarında ''Qalatasaray'' cəbhəsi ''Fənərbaxça'' ilə derbiyə Yasin Kolun təyinat almasına ciddi etiraz etmişdi. Təyinat açıqlandıqdan sonra ''Qalatasaray'' prezidenti Dursun Özbək qeyri-müəyyən müddətə TFF ilə bütün əlaqələri dondurduqlarını açıqlamışdı. Maraqlıdı ki, derbidə ''Qalatasaray'' Yasin Kol ilə 3:0 hesablı rahat qələbə qazandı. Ümumiyyətlə, 4 ildi, çempion olan bir komandanın federasiya ilə müharibə aparması kənardan çox qəribə görünür. Görəsən, ''Qalatasaray'' çempion ola bilməsə, federasiya ilə hansı münasibətlərdə olar?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
icma.az

2Mənbələr