AZ

Premyer Liqaya vəsiqə qazanan klub baş məşqçi ilə yollarını ayırdı

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 34 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Elgiz Kərəmli “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Komanda 34 yaşlı məşqçinin rəhbərliyi ilə əvvəlcə 2024/25 mövsümündə II Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə I Liqanın çempionu olub.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
sportal.az

10Mənbələr