AZ

Kremlə yaxın revanşist siyasətçidən çağırış: Ermənistan Rusiyadan uzaqlaşmamalıdır

Ermənistanda revanşist və açıq şəkildə Rusiyaya yaxın mövqeyi ilə tanınan siyasətçilər seçki öncəsi Moskva yönümlü ritorikanı gücləndirməkdə davam edirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Serj Sərkisyanı rəhbərlik etdiyi "Respublika" partiyasının icra orqanının üzvü Eduard Şarmazanov Ermənistanın strateji gələcəyinin Avrasiya İqtisadi İttifaqı ilə bağlı olmalı olduğunu iddia edib.

Şarmazanovun iddiasına görə, Ermənistanın Avrasiy iqtisadi İttifaqında iştirakı praktik faydalar gətirib. O bildirib ki, ittifaqa üzvlükdən sonra sənaye müəssisələri üçün qazın qiyməti təxminən 30 faiz azalıb, iqtisadi artım isə böyük ölçüdə Aİİ ilə əlaqəlidir.

Revanşist siyasətçi Ermənistanın Avropa İttifaqına mümkün inteqrasiyası barədə hakimiyyət nümayəndələrinin bəyanatlarını isə “siyasi blef” adlandırıb və bunun Avropa Birliyinin real gündəmində olmadığını iddia edib.

Şarmazanov daha sonra “Qərb kursu” anlayışını tənqid edərək qalmaqallı fikir səsləndirib. Onun iddiasına görə, Ermənistan üçün “Qərb” əslində Türkiyə anlamına gəlir və hazırkı hakimiyyət ölkəni məhz bu istiqamətə aparır. Bu tezis son illərdə Kremlin təsir dairəsinə yaxın çevrələrdə tez-tez istifadə olunan və Ermənistanın Qərbə yaxınlaşmasını təhlükə kimi təqdim etməyə çalışan ritorikanın tərkib hissəsi sayılır.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr