ain.az, Qol.az portalına istinadən məlumat verir.
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Almaniyada baş tutacaq Konfrans Liqasının final matçı baş tutmazdan öncə kütləvi iğtişaşlarla yadda qalıb.
QOL.az xəbər verir ki, Leypsiq şəhərinin tam mərkəzində İspaniyanın "Rayo Valyekano" və İngiltərənin "Kristal Pelas" klublarının azarkeşləri arasında şiddətli toqquşma baş verib.
Saksoniya polisinin məlumatına görə, hadisə mütəşəkkil və əvvəlcədən planlaşdırılmış aksiya olub. Tamamilə qara geyimdə olan 300-ə yaxın "Rayo Valyekano" azarkeşləri şəhərin tarixi mərkəzindəki küçə kafelərində sakitcə oturan "Kristal Pelas" azarkeşlərinə qəfil hücum çəkib.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.