AZ

“Sabah” ən məhsuldar hücumçusu ilə yeni müqavilə imzaladı

"Sabah" klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.

Bu barədə Ölkə.az-a Masazır təmsilçisinin mətbuat xidməti məlumat verib.

Hücumçu ilə bağlanmış yeni sözləşmənin müddəti 2 ildir.
Qeyd edək ki, Mikels "Sabah"ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.

Ruanda millisinin də üzvü olan futbolçu "Sabah" forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.

Seçilən
15
10
olke.az

10Mənbələr