AZ

Konfrans Liqasında ingilislərin 3-cü zəfəri! – ARENA.AZ

Bu gün keçirilmiş final oyunu ilə futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, final matçında İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gəliblər.

Həlledici oyun Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da baş tutub. Final qarşılaşmasını italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib.

Matçın taleyini bir qol həll edib. “Kristal Pelas” rəqibini minimal hesabla üstələyərək çempionluq sevinci yaşayıb. Bu, İngiltərə komandalarının Konfrans Liqasında 3-cü zəfəridir.

Konfrans Liqasının sonuncu qalibi İngiltərənin “Çelsi” komandasıdır. Daha öncə bu turnirdə “Roma” (İtaliya), “Vest Hem” (İngiltərə) və “Olimpiakos” (Yunanıstan) da çempionluq sevinci yaşamışdılar.

Xatırladaq ki, reqlamentə əsasən, sözügedən kuboka sahib çıxan komanda növbəti mövsüm üçün Avropa Liqasının Liqa mərhələsində iştirak hüququ qazanır.

Avropa Konfrans Liqası
Final
27 may

Kristal Pelas (İngiltərə) – Rayo Valyekano (İspaniya) 1:0
Qol: Jan-Filipp Mateta, 51.
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Almaniya, Leypsiq. “Red Bull Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
2
4
arena.az

10Mənbələr