AZ

Media: Almaniya Polşadan ukraynalı qaçqınların axınından narahatdır

Bakı, 28 may, AZƏRTAC

Almaniya hakimiyyəti qonşu Polşanın müavinətlərini əhəmiyyətli dərəcədə azaltdıqdan sonra ölkəyə Ukrayna qaçqınlarının axınının artmasından narahatdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya təhlükəsizlik orqanlarının məxfi hesabatına istinadla məlumat yayıb. Məlumata görə, artıq daha çox ukraynalı Almaniyaya köçə bilər. Bu, digər amillərlə yanaşı, qanunsuz miqrantları daşıyan qaçaqmalçıların artan fəaliyyəti ilə də bağlıdır. Hesabatda deyilir ki, Almaniyanın şərqində ukraynalılar artıq sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilən insanların əhəmiyyətli bir qrupunu təşkil edir. Alman təhlükəsizlik orqanlarının məlumatına görə, bunlar əsasən hərbi yaşda olan kişilərlə bağlıdır. Nəşr bildirir ki, 2022-ci ilin fevral ayından bəri təxminən 1,35 milyon ukraynalı Almaniyada qorunma alıb.

Seçilən
93
2
azertag.az

3Mənbələr