AZ

Dünyada insanların yarısı yox olacaq – alimlər vaxtı açıqladı

Yer əhalisinin gələcəyi ilə bağlı yayılan yeni araşdırma böyük narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, alimlərin hazırladığı riyazi modelə əsasən, yaxın onilliklərdə dünya ciddi demoqrafik və ekoloji böhranla üzləşə bilər.

Araşdırmada son 12 min il ərzində Yer əhalisinin artım tempi təhlil olunub. Mütəxəssislər hesab edir ki, hazırkı sürətlə davam edən meşə qırıntıları, iqlim dəyişikliyi, su qıtlığı və temperatur artımı planetin imkanlarını zəiflədəcək.

Ssenarilərdən birinə görə, Yer kürəsi artıq yaxın 10–20 il ərzində mövcud əhali yükünü daşımaqda çətinlik çəkəcək. Bu prosesin nəticəsində isə 2064-cü ilə qədər dünya əhalisinin yarısının yox ola biləcəyi ehtimal edilir.

Alimlər bildirirlər ki, qlobal ərzaq çatışmazlığı və iqlim böhranı gələcəkdə insanların həyatına ciddi təsir göstərə bilər.

 

Musavat.com

Seçilən
1
1
musavat.com

8Mənbələr