AZ

Polşanın sabiq baş naziri Zelenskini Varşavanı təhqir etməkdə ittiham edib

BAKI, 28 may. TELEQRAF

Polşanın keçmiş baş naziri Leşek Miller Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin elit bölməsinə UPA qəhrəmanlarının adının verilməsi qərarı ilə Varşavanı şüurlu şəkildə təhqir etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Leşek Miller sosial şəbəkədə paylaşdığı açıqlamada bu addımı hər bir polyakın üzünə açıq tüpürcək və minlərlə qadın, uşaq və yaşlının xatirəsinə zərbə kimi qiymətləndirib.

O qeyd edib ki, UPA tərəfindən törədilən qətliamlar elə qəddarlıqla həyata keçirilib ki, hətta almanlar belə bundan dəhşətə gəliblər.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin nasistləri tərifləməsinin Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatın düzgünlüyünü bir daha göstərdiyini bəyan edib.

Qeyd edək ki, “Ukrayna Üsyançı Ordusu” (UPA) Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib.

Seçilən
97
teleqraf.com

1Mənbələr