BAKI, 28 may. TELEQRAF
ABŞ qüvvələri İranın pilotsuz uçuş aparatlarının buraxılması üçün nəzərdə tutulan qurğusuna zərbə endirib və dörd İran dronunu məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, İran ABŞ-yə məxsus ticarət gəmisinə qarşı dörd kamikadze dronundan istifadə edib.
Bildirilir ki, ABŞ hərbçiləri həmin pilotsuz aparatları vurub, həmçinin havaya qalxmadan əvvəl daha bir dron buraxılış qurğusunu məhv ediblər.
Bundan əvvəl “Reuters” agentliyi amerikalı rəsmiyə istinadla ABŞ ordusunun Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan İran hərbi obyektinə zərbə endirdiyini yazmışdı.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə məsələ ilə bağlı TASS-ın sorğusuna hələlik cavab verməyib.