AZ

ABŞ-də kimyəvi çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkarlanıb

ABŞ-nin Vaşinqton ştatının Lonqvyu şəhərində kimyəvi maddələrlə dolu çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkar edilib.

"Far.Az"un məlumatına görə, bu barədə yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Qoldştin bildirib.

Onun sözlərinə görə, yoxlamalar çayda çirkləndirici maddələrin düşməsini təsdiqləyib.

"Ətraf mühitə dəyən ziyanın miqyasını və dərəcəsini daha yaxşı müəyyənləşdirmək üçün əlavə sınaqlar aparılır. Hazırda ətraf ərazidə hava keyfiyyətinə və ya Lonqvyuda içməli su təchizatına heç bir mənfi təsir aşkar edilməyib", - o, mətbuat konfransında bildirib.

S.Qoldstin həmçinin yerli sakinləri təmizləmə işlərinin davam etdiyi əraziyə yaxınlaşmamağa çağırıb.

Seçilən
103
far.az

1Mənbələr