AZ

Avropa çikunqunya virusunun yayılma ocağına çevrilə bilər

İqlim dəyişikliyi səbəbindən çikunqunya virusu XXI əsrin sonuna qədər yayılma sahəsini əhəmiyyətli dərəcədə genişləndirə, Avropa, Şimali Amerika və Şərqi Asiyanın mülayim bölgələrinə təsir göstərə bilər.

"Far.Az"un məlumatına görə, bu barədə Çinin Tibb Universiteti alimlərinin "Frontiers in Cellular and Infection Microbiology" jurnalında dərc olunmuş tədqiqatda bildirilir.

Çikunqunya Aedes ağcaqanadları tərəfindən ötürülən və ÜST tərəfindən "unudulmuş tropik xəstəlik" kimi təsnif edilən virus xəstəliyidir. Xəstəlik yüksək hərarət, şiddətli oynaq və əzələ ağrısı, zəiflik və dəri səpkisi ilə müşayiət olunur.

Tədqiqata görə, modelləşdirmə göstərib ki, istiləşmə ağcaqanad vektorlarının, xüsusən virusu aşağı temperaturda yaya bilən Asiya pələng ağcaqanadının (Aedes albopictus) yayılmasına kömək edir.

Müəlliflərin fikrincə, 2100-cü ilə qədər potensial epidemiyalar Avropanın, Şimali Amerikanın və Şərqi Asiyanın şimal bölgələrinə keçə bilər.

Alimlər gələcək riskləri azaltmaq üçün mülayim bölgələrdə ağcaqanad populyasiyalarının epidemioloji monitorinqinin və nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Seçilən
129
5
far.az

6Mənbələr