AZ

Azərbaycanda kimlər həm maaş, həm də ikiqat təqaüd alacaq?

“SABAH proqramı çərçivəsində doktoranturaya qəbulun yalnız dövlət sifarişi hesabına və əyani təhsil forması üzrə aparılması nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman söyləyib.

Turxan Süleyman bildirib ki, əyani təhsil forması üzrə doktorantlara dövlət tərəfindən təqaüdün verilməsi nəzərdə tutulub: pizza

“SABAH proqramı çərçivəsində ilk dəfə olaraq, bundan əlavə, yüksək məbləğdə SABAH təqaüdünün verilməsi və eyni zamanda həmin doktorantların qəbul olduqları ali təhsil müəssisəsində elmi-pedaqoji fəaliyyətə rəsmi şəkildə cəlbi nəzərdə tutulub və nəticə etibarilə hər bir doktorant həm dövlət təqaüdü, bundan əlavə, yüksək məbləğdə SABAH təqaüdü alacaq, eyni zamanda əmək fəaliyyəti ilə məşğul olacaq”.

Seçilən
134
sportinfo.az

1Mənbələr