AZ

KXDR nüvəsizləşdirmə ehtimalını istisna edib

KXDR nüvə silahlarından imtina etmək niyyətində deyil və nüvəsizləşdirmə ehtimalını da istisna edir.

"Report"un Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, bu barədə KXDR-in Xarici İşlər Nazirliyi bildirib.

"Bir daha aydındır ki, Koreya Xalq Demokratik Respublikasının "nüvəsizləşdirilməsi" heç vaxt baş verməyəcək", - bəyanatda deyilir.

Pxenyan bu cür tələblərin ölkənin daxili işlərinə təzyiq və müdaxilə kimi qəbul edildiyini vurğulayıb.

Nazirlik bildirib ki, KXDR suveren hüquqlarını və təhlükəsizlik maraqlarının müdafiəsinə davam edəcək.

Seçilən
123
1
far.az

2Mənbələr