AZ

"Hər an ağlaya bilərəm"

Azərbaycanın Eurovision Song Contest təmsilçilərindən olan Dilarə Kazımova efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

 

Müğənni xarakteri və daxili hissləri barədə danışaraq tamaşaçıların marağına səbəb olub. O bildirib ki, bir çox insan onu soyuqqanlı biri kimi tanıyır, lakin əslində çox həssas insandır:

 

"Məni soyuqqanlı biri kimi bilirlər. Elə düşünürlər ki, heç nə vecimə deyil. Amma belə deyil. Əksinə, çox həssas insanam, o an ağlaya bilərəm".

 

Kazımova insanların ona qarşı necə davranmasını istəyirsə, özü də ətrafdakılara eyni münasibəti göstərdiyini vurğulayıb. Müğənni hisslərini hər zaman gizlətməyə çalışdığını da etiraf edib:

 

"Ağlayanda heç vaxt göstərmirəm. Hərdən göstərmək istəyəndə də özümə yaraşdırmıram. Yaxşısı özünü möhkəm göstərməkdir".

 

Sənətçi insanların məşhurların da adi insan olduğunu anlamasının vacibliyini qeyd edib:

 

"İnsanlar anlamalıdır ki, biz də insanıq. Həyatımızda müxtəlif şeylər ola bilər".

 

Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər müğənninin səmimi etiraflarını maraqla qarşılayaraq müxtəlif rəylər yazıblar.

 

Milli.az

Tarix: 28 May 2026, 08:06   
Seçilən
8
1
pravda.az

2Mənbələr