AZ

Argentinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Bakı, 28 may, AZƏRTAC

Azərbaycanın Argentinadakı səfirliyinin təşkilatçılığı ilə Buenos-Ayres şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Argentinadakı səfiri Rəmzi Teymurov açılış nitqi ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tarixindən danışıb. Səfir Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun ən güclü dövlətinə çevrilməsinı, dünya miqyasında artan nüfuzu və həyata keçirilən müdrik siyasətin nəticəsi olaraq torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edilməsini diqqətə çatdırıb,

Daha sonra Azərbaycan-Ermənistan normallaşma prosesi barədə tədbir iştirakçıları məlumatlandırılıb. Çıxışın yekununda Azərbaycan-Argentina əlaqələri və onun perspektivləri qeyd edilib, eləcə də müxtəlif sahələrdə ikitərəfli təmasların intensivləşdirilməsindən duyulan məmnunluq ifadə olunub. Ötən il ölkəmizdən Argentinaya həyata keçirilmiş işçi səfərlərin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə xüsusilə vurğulanıb.

Tədbir boyunca milli mətbəximizin zəngin nümunələri və xüsusi dəvət olunmuş orkestrin ifası ilə milli musiqilərimiz qonaqlara təqdim olunub, həmçinin Azərbaycan tarixinə dair fotoşəkillər nümayiş olunub.

Tədbirin sonunda Argentinanın La Plata Milli Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının üzvlərinin müəllifi olduğu, Azərbaycan və regiona dair araşdırma materialları qonaqlara təqdim edilib.

Seçilən
38
azertag.az

1Mənbələr