AZ

Tramp seçkilərdə Paşinyanı dəstəklədiyini açıqladı

ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı qarşıdan gələn parlament seçkilərində dəstəklədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə  "Truth Social"da yazıb. 

"Nikol 7 iyun 2026-cı ildə yenidən seçilmək üçün tam və qeyd-şərtsiz dəstək alıb. Nikolun köməyi ilə biz ABŞ-ni, Ermənistanı, Cənubi Qafqazı və Orta Asiyanı əvvəlkindən daha yüksək zirvələrə qaldıracağıq", - deyə Tramp qeyd edib. 

O əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edib və orada Vaşinqton və İrəvan üçün bir neçə vacib razılaşma təklif edəcək.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib.

Seçilən
1
10
unikal.az

10Mənbələr