AZ

İqor Jovka: Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl dəstəkləyən strateji tərəfdaşımızdır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kiyev, 28 may, AZƏRTAC

Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyən strateji tərəfdaşımızdır. Bunun ən yaxşı sübutu Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında sıx, etibarlı və aktiv dialoqdur.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovka söyləyib. O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana son, çox uğurlu səfəri iki ölkə arasında tərəfdaşlığın intensiv inkişafının daha bir sübutudur.

“Məmnuniyyətlə qeyd edirəm ki, əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi üçün artıq ilk addımlar atılır”, - deyə İqor Jovka əlavə edib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən Azərbaycan dövləti və xalqı Ukraynaya kömək əli uzadıb. Azərbaycan Prezidenti İlham Əliyevə və Ukraynaya yardım göstərmək səylərinə qoşulan hər bir Azərbaycan vətəndaşına səmimi qəlbdən minnətdarıq”, - deyə İqor Jovka vurğulayıb.

Ukrayna rəsmisi daha sonra deyib: “Səfir və Azərbaycan səfirliyinin əməkdaşları bu müharibənin nə qədər çətin olduğunu bilavasitə bilirlər. Siz ötən sərt qışda, soyuq və qaranlıqda Kiyevdə bizimlə idiniz. Göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
azertag.az

3Mənbələr